Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qürurumuz, fəxrimiz, Ümummilli liderimiz Heydər Əliyev dühasının yetirməsi, onun inandığı şəxsiyyət – Ramil Usubov

0


  • Qədim Xocalı mədəniyyət abidələri ilə zəngin,
    bərəkətli torpaqlara məxsus, Azərbaycanın dilbər guşələrindən biridir. İndi
    doğma yurd-yuvamız düşmən tapdağı altında inildəyir.  XX əsrin ən dəhşətli soyqırımını yaşayan xocalıların
    başına gətirilən müsibətlərin ağrı-acısı, doğma yurd həsrəti daim onları
    narahat edir, ən xoş günlərində belə yaxın keçmişin acı təəssüratı onların gözlərinin
    qarşısına gəlir. Bu ağrı – acı, dədə-baba torpağının həsrəti doğma yurd
    yerlərimizi yağı düşmənin tapdağından azad etdiyimiz gün sakitləşəcək. O zaman
    şəhidlərimizin ruhu da rahatlıq tapacaqdır.    

    Xocalı rayon sakinləri daim dövlətimizə və dövlətçiliyimizə
    sədaqət nümayiş etdirirlər. Dövlətimizə, torpağımıza, xalqımıza olan sədaqətin və
    bağlılığın ən yüksək nümunəsi yüzlərlə Xocalı sakininin şəhidlik zirvəsinə
    ucalmasıdır. Xocalılar şəhidləri, igid oğul və qızları, qəhrəman övladları ilə
    fəxr etmələri ilə yanaşı, ziyalı insanları ilə də hər zaman fəxr edirlər. Məhz
    bu fəxr hissi dövlətimizin və Cənab Prezidentimizin diqqət və qayğısı qədər Xocalı
    soyqırımının dəhşətlərini az da olsa, ürəklərdə səngidir, xocalılara qürur və
    sevinc hissi yaşadır. Hər bir xocalılının qüruru, özünə mənəvi dayaq bildiyi
    həmyerlisi, Ümummilli liderimiz Heydər Əliyev dühasının yetirməsi, onun
    inandığı şəxsiyyət - Azərbaycan Respublikasının Daxili İşlər naziri
    general-polkovnik Ramil Usubovdur. Azərbaycanın
    ən uzun müddətli Daxili İşlər naziri olan general-polkovnik Ramil Usubovun
    xidmət yoluna nəzər yetirək.

     Usubov
    Ramil İdris oğlu 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olmuşdur.
    1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə
    SSRİ  DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında
    müddətli həqiqi hərbi xidmət keçmişdir.

    1970-ci ildən
    daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət
    aparmış, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin
    rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar
    Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə
    Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləmişdir.

    1987-ci ildə Naxçıvan
    Muxtar Respublikasının Daxili işlər naziri təyin edilmiş, 1989-cu ilədək həmin
    vəzifədə işləmişdir.

    1989-1991-ci
    illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 
    1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi,
    1992-1993-cü illərdə  Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində
    çalışmışdır.

    Naxçıvan
    Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı
    ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri təyin olunmuşdur.

    Ramil
    Usubovun peşəkarlığı və sadiqliyi hələ o vaxtlar mərhum dövlət başçısı Heydər
    Əliyevin diqqətini cəlb etmişdi. Məhz buna görə də Heydər Əliyev Azərbaycan
    prezidenti seçiləndən az sonra Ramil Usubovu Bakıya daha yüksək vəzifəyə
    gətirir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 29 aprel
    1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili
    işlər naziri təyin edilmişdir.

    Azərbaycan
    Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə
    general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə
    general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə
    general-polkovnik ali hərbi rütbəsi verilmişdir.

    Azərbaycan
    Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla
    mübarizənin, ictimai təhlükəsizliyin və  əmin-amanlığın təmin edilməsində,
    ölkədə dönməz sabitliyin əldə olunub qorunub saxlanılmasında xüsusi
    xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il
    tarixli  41 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2018-ci il 29
    iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə”
    ordenləri ilə təltif olunmuşdur.

    Azərbaycanın
    beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi
    dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil
    edilməsində, transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın
    möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş, bu sahədə uğurlu nəticələrinə və
    müsbət göstəricilərinə görə Azərbaycanın və xarici ölkələrin çoxlu sayda yüksək
    mükafatlarına layiq görülmüşdür.

    Ailəlidir. Üç
    övladı var.

    Bu il Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi keçirildi. Azərbaycan
    polisinin xidmətləri Azərbaycan dövlətçiliyi tarixində danılmazdır. Hələ
    Qarabağ müharibəsi başlayan zaman Milli Ordunun formalaşmadığı zamanda milis
    dəstələrindən ibarət könüllü şəxslər Vətənin müdafiəsində iştirak edib. Bu gün
    də Azərbaycan polisi ictimai asayişin qorunmasında və sabitliyin uzun müddət
    qorunmasında əvəzsiz xidmətlər göstərir. Təbii ki, belə bir məsuliyyətli işin
    qurulmasında və təmin edilməsində Daxili İşlər nazirinin çiyinlərinə böyük yük
    və məsuliyyət düşür.

    Ramil Usubov çətin və
    məsuliyyətli işinin öhdəsindən hələ Ümummilli lider Heydər Əliyevin vaxtında
    gəlmişdir. Ulu öndərimizin etimadını doğrultduğu üçün nazir vəzifəsinə irəli
    çəkilmişdir. Azərbaycan xalqının dəyərli oğlu Ramil Usubovun  dövlətçilik yolunda dönməz əqidəsi, böyük
    məsuliyyəti, Vətəninə və xalqına bağlılığı nəzərə alınaraq o, indi də
    Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsini icra edir.

    Həyatda elə insanlar var
    ki, bütün ömrünü xalqın xoşbəxt yaşaması uğrunda mübarizəyə həsr edir. Xalqın
    dinc, sülh şəraitində yaşaması üçün öz işini şərəflə yerinə yetirir. Ramil
    Usubov da belə şəxsiyyətlərdən biridir. O, bütün həyat fəaliyyəti boyunca
    xalqımızın asayişi yolunda yorulmadan çalışır. Daxili İşlər Nazirliyinə, o  cümlədən Cənab nazirimizə ünvanlanan bütün
    məktublara, müraciətlərə vaxtlı-vaxtında baxılır, hər vətəndaşın problemi
    araşdırılıb həll edilir. Polkovnik - leytenant Ramil Usubov yüksək insani
    keyfiyyətlərinə görə hər bir vətəndaşın dərin hörmətini qazanıb. Ata-ana
    tərbiyəsinin, doğma torpağa, Vətənə sevgisinin və bağlılığının ona verdiyi
    böyük mənəvi paklıq, yüksək insani keyfiyyətlər, vətənpərvərlik ruhu bu gün xalqımızın
    hər vətəndaşının həyatına sirayət edir. Çünki bu gün ölkəmizdə sabitlik hökm
    sürür. Bunun da başlıca səbəblərindən biri uzun illər dövlətimizin və
    dövlətçiliyimizin möhkəmliyi uğrunda böyük təcrübəsi olan Cənab Ramil Usubovun
    Azərbaycan Respublikasının Daxili İşlər naziri kimi öz vəzifəsini
    məsuliyylətlə, qətiyyətlə, vicdanla yerinə yetirməsidir. Cənab Ramil Usubov
    daxili işlər orqanlarında çalışan bütün işçilərə, gənclərə əsl vətəndaş kimi nümunədir.

    Öz xalqına, Vətəninə
    şərəflə xidmət edən Cənab nazir Ramil Usubovu yubiley yaşı münasibətilə təbrik
    edir, ona möhkəm cansağlığı və uzun ömür arzulayırıq. Arzu edirik ki, elimizin çox
    hörmətli ziyalı oğlu Ramil Usubovun növbəti doğum gününü doğma Xocalıda qeyd edək. Bu arzuya bütün Xocalı rayon
    ictimaiyyəti qoşulur.

    Qalib BƏYMƏMMƏDOĞLU 


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib37 dəfə
    Qürurumuz fəxrimiz Ümummilli liderimiz Heydər Əliyev dühasının yetirməsi onun inandığı şəxsiyyət Ramil Usubov

    Maraqlı gələ bilər
    38
    104
    49